Luvr muzeyi ötən il daha çox turist qəbul edib

© AFP 2023 / BERTRAND GUAYLuvr muzeyi gecə vaxtı süni işıqlandırma altında
Luvr muzeyi gecə vaxtı süni işıqlandırma altında - Sputnik Azərbaycan
Abunə olmaq
Luvr muzeyinə gələn turistlərin sayı rekord həddə çatıb

BAKI, 4 yanvar — Sputnik. Ötən il Fransanın ən görməli yerlərindən biri hesab edilən Luvr muzeyi turistləri özünə daha çox cəlb etməklə rekordu yeniləyib. Sputnik Azərbaycan-ın Fransa mediasına istinadən xəbərinə görə, 2018-ci ildə muzeyə gələn turistlərin sayı 10 milyondan artıq olub.

Luvr muzeyinin təmsilçisi isə bu qədər marağın olmasının səbəbini muzeyin tarixiliyi ilə bağlı olduğunu bildirir.

Açıqlanan rəsmi statistikaya görə, 2017-ci illə müqayisədə 2018-ci ildə muzeyə gələnlərin sayında 25 faizədək artım olub. Belə ki, ötən il Luvr muzeyini ziyarət edən turistlərin sayı 10.2 milyon olubsa, daha öncəki ildə bu say 8.1 milyon olub.

Xəbər lenti
0