Qaçqınların ölkəyə axışması ciddi tədbirlərin görülməsinə səbəb olub

© AP Photo / Matt DunhamLondonda Viza və miqrasiya idarəsinin qarşısına toplaşmış qaçqınlar
Londonda Viza və miqrasiya idarəsinin qarşısına toplaşmış qaçqınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə sığıncaq axtaran əcnəbilərlə mübarizə üçün yardım istənildi

BAKI, 4 yanvar — Sputnik. İngiltərənin Daxili İşlər Nazirliyi dəniz yolu ilə ölkəyə sığınmaq istəyənlərlə mübarizə aparmaq üçün bu dəfə də donanmaya müraciət edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, La-Manş boğazı ilə ölkəyə gələn qaçqınların say artımının qarşısını almaq üçün Müdafiə Nazirliyindən yardım istənilib. Yayılan məlumata görə, qaçqınların axınının qarşısını almaq üçün artıq ilkin tədbirlərə başlanılıb.

Qeyd edək ki, yeni il gecəsi 6 iranlı qaçqının dəniz yolu ilə İngiltərəyə keçməsi daxili işlər nazirinin bayram tətilini yarımçıq saxlayaraq iş başna dönməsinə səbəb olmuşdu.

Xəbər lenti
0