Dünyanı idarə edənlər sırasına daha 5 ölkə qatıldı

© REUTERS / TIMOTHY A. CLARYЗаедание генеральной ассамблеи ООН
Заедание генеральной ассамблеи ООН - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkələr iki il müddətində BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaq

BAKI, 3 yanvar — Sputnik. Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrika Respublikası BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Флаг у штаб-квартиры ООН в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan tərəfi BMT-nin baş katibinə etiraz edib

Məlumata əsasən, bu ölkələr iki il müddətində (2019-2020) BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaq.

Dominikan Respublikası daha öncə heç vaxt BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü olmayıb. Almaniya və Belçika BMT Təhlükəsizlik Şurasının 6-cı dəfə qeyri daimi üzvü, CAR üçüncü, İndoneziya isə beşinci dəfə bu missiyanı üstlənir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan 10-u qeyri-daimi üzvdür. Bu ölkələr BMT Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir.

BMT Baş Assambleyasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransadır.

Xəbər lenti
0