Almaniyada müsəlmanların qanına susamış şəxs saxlanılıb

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, "Bir neçə insanın ölümünə səbəb olma" maddəsi ilə ittiham olunur

BAKI, 3 yanvar — Sputnik. Almaniyanın qərbində yeni il gecəsi insanların üzərinə avtomobil sürərək, onları öldürən şəxs saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun məlumatında qeyd edilib.

O, "Bir neçə insanın ölümünə səbəb olma" maddəsi ilə ittiham olunur. Məlumata görə, kişi məqsədli şəkildə piydaların üzərinə avtomobil sürərək, bir neçə müsəlman əcnəbinin ölümünə səbəb olub.

Adam Almaniyanın Bottrop və Essen şəhərlərində 4 dəfə analoji hadisəni törədib. Son məlumata görə, onun bu əməlindən, biri uşaq olmaqla 8 nəfər də xəsarət alıb.

Qeyd edilir ki, cinayətkar əvvəlcə, guya təsadüfən piyadaların üzərinə avtomobil sürüb. Sonra isə əsas hədəfi Suriya və Əfqanıstan vətəndaşları olub.

Xəbər lenti
0