Ərini internetdə satışa çıxardı

© REUTERS / Dado RuvicПользователь Facebook
Пользователь Facebook  - Sputnik Azərbaycan
Abunə olmaq
"Qiymətdə razılaşmaya hazıram, amma bəyənməyib geri qaytarmaq olmaz"

BAKI, 3 yanvar — Sputnik. Almaniyada 40 yaşlı qadın "eBay" internet saytında, 7 illik həyat yoldaşını satışa çıxarıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadın elanı "Mənfi hərəkətlərindən bezdim, bir-birimizə aid olmadığımızı anladım" qeydi ilə paylaşıb.

O, ərinə 18 avro qiymət qoyub. "Bununla yanaşı, qiymətdə razılaşmaya da hazıram. Amma bəyənməyib geri qaytarmaq olmaz" - deyə qadın bildirib.

Elan bir neçə gün içində Almaniyada müzakirəyə çevrildikdən sonra, həmin qadın elanı əyləncə məqsədi ilə verdiyini deyib.

Xəbər lenti
0