07:09 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Avropa Komissiyasının sədri Jan-Klod Yunker İttifaqın plenar iclasındakı çıxışı zamanı, Strasburq, 13 sentyabr 2017-ci il

Avropa İttifaqında zəlzələ kimi bəyanat

© REUTERS / Christian Hartmann
DÜNYA
Qısa URL
62 0 0

BAKI, 31 dekabr – Sputnik. Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Clod Yunkerr bəzi Aİ ölkələrini ikiüzlülükdə ittiham edib.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Yunker Aİ-də baş verən son proseslərdən təəccübləndiyini dilə gətirib: "Aİ ölkələrin bütün dövlət və hökumət başçıları 2 il ərzində xarici sərhədlərin daha yaxşı qorunmasını istəyib. Aİ Komissiyası bunu ciddi qəbul edərək bir təklif hazırlayıb. Söhbət 2020-ci ilin sonunadək Aİ-nin xarici sərhədlərini qoruyan məmurların sayının 10 minə çatdırılmasından gedir. Amma bununla bağlı hazırda bir çox şübhələr meydana gəlib".
O, bildirib ki, bəzi ölkələr bu təklifi milli suverenliyə müdaxilə hesab edib və tənqid ediblər. Amma onların bu tənqidləri açıq-aşkar ikiüzlülükdür.
Yunker qaçqın probleminin həllini Aİ-Türkiyə razılaşmasında görür: "Bu razılaşma böyük vəsait tələb edir, amma yaxşı bir yatırımdır".

Əsas mövzular