Con Bolton Türkiyəyə səfərə gələcək

© AP Photo / Susan WalshCon Bolton
Con Bolton - Sputnik Azərbaycan
Abunə olmaq
Bolton Twitter hesabında yazıb: "Yanvarda İsrail və Türkiyəyə getmək üçün səbirsizlənirəm. İŞİD-lə mübarizə və bölgədəki müttəfiqlərin qarşılaşdığı təhlükəsizlik problemlərini müzakirə edəcəyik".

BAKI, 31 dekabr — Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə səfərə gələcək.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Con Bolton yanvarın 8-də Ankarada görüşlər keçirəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ rəhbəri Donald Tramp - Sputnik Azərbaycan
Tramp-Ərdoğan danışığının detalları hər kəsi şoka saldı

ABŞ prezidenti Donald Trampın qoşunların Suriyadan çıxacağı ilə bağlı açıqlamasından sonra Türkiyə və ABŞ arasında bölgədəki təhlükəsizliyin koordinasiyası ilə bağlı sıx diplomatik görüşmələr başlayıb. Bu çərçivədə Boltonun İsraildən sonra Türkiyəyə gələcəyi gözlənilir.

Bolton Twitter hesabında yazıb: "Yanvarda İsrail və Türkiyəyə getmək üçün səbirsizlənirəm. İŞİD-lə mübarizə və bölgədəki müttəfiqlərin qarşılaşdığı təhlükəsizlik problemlərini müzakirə edəcəyik".

Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın ABŞ-ın Suriyadan çəkilmə qərarı ilə bağlı  Türkiyə və ABŞ prezidentlərinin təhlükəsizlik koordinasiyasının çox sürətli bir şəkildə başladılması istiqamətində razı qaldıqlarını ifadə etmişdi.

Xəbər lenti
0