Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpəsinin həyatını qorudu, özü isə öldü

© Sputnik / Anar MustafayevUşağını gəzdirən kişi, arxiv şəkli
Uşağını gəzdirən kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ata övladını qorumaq üçün uşaq arabasını irəli atıb, özü isə avtomobilin altında qalıb

BAKI, 30 dekabr — Sputnik. Türkiyədə faciəvi hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpə uşaq ilə yola çıxan valideynlər qəza ilə üzləşiblər.

Belə ki, qadın evdə çantasını unutduğu üçün körpəsindən və həyat yoldaşından ayrılaraq evə qayıdıb. Kişi uşaq arabası ilə küçədə yavaş-yavaş hərəkət edib. Bu anda bir sürücü mikroavtobusunu onun düz üzərinə sürüb. Ata övladını qorumaq üçün uşaq arabasını irəli atıb, özü isə avtomobilin altında qalıb. Uşağının həyatını qurtaran ata qəzada dünyasını dəyişib. 

Xəbər lenti
0