Amerikalılar ən çox onun heyranıdır

© REUTERS / Jonathan ErnstBarak Obama və həyat yoldaşı Mişel Obama
Barak Obama və həyat yoldaşı Mişel Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalılar bu cütlüyü daha çox sevir

BAKI, 29 dekabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı ən çox sevilən qadın olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Gallup" şirkəti tərəfindən təşkil olunan sorğuda ən çox sevilən qadın Mişel Obama olub. Şirkətin məlumatında qeyd olunur ki, 17 ildir ən çox sevilən qadın sabiq xarici işlər naziri Hillari Klinton olub. Bu il isə Hillari Klinton ən çox sevilən qadınların siyahısında 3-cü olub. Amerikanın birinci xanımı Melena Tramp isə bu siyahıda 2-ci yerdə qərarlaşıb.

Şirkət tərəfindən təşkil olunan sorğuda ən çox bəyənilən kişi isə Barak Obama olub. Ən çox bəyənilən kişilər sırasında növbəti yerlərdə isə ABŞ-ın keçmiş prezidentləri Donald Tramp, Corc Buş və "Micrasoft"un qurucusu Bill Qeyts qərarlaşıb.

Xəbər lenti
0