12:27 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
ABŞ prezidenti Donald Tramp

Donald Tramp gözlənilmədən İraqa səfər edib

© REUTERS / Leah Millis
DÜNYA
Qısa URL
168 0 0

Ağ Ev rəhbəri Donald Tramp gözlənilmədən İraqdakı amerikalı əsgərlərə baş çəkib

BAKI, 27 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp İraqdakı ABŞ əsgərlərini ziyarət etməklə, onlara Milad bayramı sürprizi edib. Sputnik Azərbaycan ingilis mediasına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri sələfləri Corc Buş ilə Barak Obamanın ənənəsinə sadiq qalaraq gözlənilmədən İraqa səfər edib.

İraqa səfəri zamanı Tramp bir neçə saatını əsgərlərlə birgə keçirib. O, həmçinin bildirib ki, Suriyada olduğu kimi, buradakı əsgərlərini geri çəkmək barədə hələ ki, düşünmür. 

İraqdakı əsgərlərlə görüşdən sonra Trampın ölkənin baş naziri Adil Əbdül Mehdi ilə təkbətək görüşü də nəzərdə tutulubmuş. Lakin baş nazirin ofisindən verilən rəsmi məlumatda qeyd olunur ki, ikili arasında görüşlə bağlı fikir ayrılıqları olub. Bu səbəbdən rəsmilər yalnız telefonla əlaqə saxlayaraq danışa biliblər. İraqda olduğu müddətdə Tramp buradakı ABŞ səfiri ilə də görüşə bilib.

Tramp, həmçinin Suriya ilə bağlı da danışıb: "Bizim Suriyadakı varlığımız heç də əbədi deyildi, belə bir niyyətimiz də yox idi".

Ağ Ev rəhbəri, həmçinin artıq bəzi amerikalı əsgərlərin ailələrinə geri döndüyünü də vurğulayıb: "Zamanla ABŞ əsgərləri ailələrinə geri qaytarılır. Artıq bəzi əsgərlər ailələrinə qovuşublar. Yanvar ayından etibarən Suriyadan çıxamağı daha da sürətləndirəcəyik. Böyük ehtimalla bu iş fevralda yekunlaşacaq".

Qeyd edək ki, Tramp 2000 ABŞ əsgərinin Suriyadan, 14 minlik güclü ittifaqın isə Əfqanıstandan geri çəkilməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, prezidentliyinin ilk dönəmində - 2 il öncə Suriyaya səfər edərkən Donald Tramp ABŞ əsgərlərinin Suriyadan çıxarılması ilə bağlı vəd vermişdi.

 

Əlaqədar

Tramp-Ərdoğan danışığının detalları hər kəsi şoka saldı
Tramp müdafiə naziri postuna namizədin adını çəkdi
Moskvadan "Tramp"a yeni il "hədiyyəsi" - VİDEO
Tramp: ABŞ öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil
Teqlər:
Corc Buş, Barak Obama, ziyarət, əsgər, amerikalı, səfər, İraq, Donald Tramp

Əsas mövzular