Delfinlər insanları köpək balığının hücumundan xilas etdilər

Abunə olmaq
“Mən delfinlər haqqında çox eşitmişdim, amma bunları mif bilirdim”

BAKI, 26 dekabr — Sputnik.  Avstraliyalı aşpaz Denis Tirni təbiətdə nadir olan hadisəni videoya həkk edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, videoda delfinlər dalğıcları köpək balıqlarından qoruyurlar.

Tirni dostları ilə sualtı dünyanı görmək üçün suya daxil olub. Hadisə Tasmaniya dənizində yerləşən Lord Hou adasında baş verib. Onlar dənizə düşən kimi delfinlər onları mühasirəyə alıb və onları  köpək balıqlarından qoruyublar.

Yırtıcı balıqlardan biri Tirni və dostlarına yaxınlaşanda isə delfinlər köpək balığına hücum edərək onu ərazidən qovublar.

Tirni hadisə haqqında bunları deyib: “Mən delfinlər haqqında çox eşitmişdim, amma bunları mif bilirdim. Amma elə dseyilmiş. Həqiqətən delfinlər insanların dostudur”.

Xəbər lenti
0