Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir ucuz neftin ölkə üçün fəsadlarından danışdı

© REUTERS / Brendan McDermidНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb

BAKI, 25 dekabr — Sputnik. “Neftin qiyməti, ölkələrə neft hasilatı sahəsində öz potensialını tam şəkildə istifadə etmək imkanı verildiyi təqdirdə əhəmiyyətli dərəcədə azalacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Kommersant" qəzetinə müsahibəsində bildirib.

O, vurğulayıb ki, ümumilikdə OPEC+ sazişinin iştirakçıları olan bəzi ölkələrdən fərqli olaraq ümumilikdə Rusiya şirkətləri üçün neftin qiymətinin səviyyəsi o qədər önəmli deyil. Bu anlamda Rusiyaya neft hasilatının aşağı maya dəyəri, həmçinin rublun məzənnəsinin kifayət qədər aşağı olması kömək edir.

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidRusiyanın energetika naziri Aleksandr Novak OPEC-in iclasında
Nazir ucuz neftin ölkə üçün fəsadlarından danışdı - Sputnik Azərbaycan
Rusiyanın energetika naziri Aleksandr Novak OPEC-in iclasında

"Digər iş isə bundan ibarətdir ki, ümumilikdə bütün iqtisadiyyat üçün aşağı qiymət əlavə çağırışlar yaradır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi rublun məzənnəsinə, inflyasiyanın artımına təsirsiz ötüşməyəcək, həmçinin iqtisadiyyatda qeyri-müəyyənlik yaradacaq və planlaşdırmanı çətinləşdirəcək" – deyə Novak əlavə edib.

Qeyd edək ki, son günlər dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb. Belə ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 3,35 dollar ucuzlaşaraq 50,47 dollar olub.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə 3,06 dollar geriləyərək 42,53 dollara satılıb.

Xəbər lenti
0