Gürcüstanda azərbaycanlılara məxsus qəbiristanlıqda atışma olub, yaralananlar var

© Sputnik / Alexander Imedashvili Карета скорой помощи в Грузии, фото из архива
Карета скорой помощи в Грузии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir

BAKI, 25 dekabr - Sputnik. Gürcüstanın Rustavişəhərində azərbaycanlılara məxsus qəbirstanlıqərazisində atışma olub.

“Report”un verdiyi xəbərə görə, atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb.

Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıblar.

Gənclərin qohumları bildiriblər ki, atışmaya naməlum şəxslərin qəbirstanlıqda narkotik vasitələr satması səbəb olub.

Azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbirstanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub.

Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.

Xəbər lenti
0