Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı model: Onun adam oğrusu və qatil olduğundan şübhələndik

© Instagram / ruslanageeAzərbaycanlı model Ruslana Cavadova
Azərbaycanlı model Ruslana Cavadova - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı model, Ruslana Gee adı ilə daha çox tanınan Ruslana Cavadovanı az qala Kaliforniyada istirahət edərkən rəfiqəsi ilə birlikdə oğurlayacaqlarmış.

BAKI, 24 dekabr — Sputnik. Azərbaycanlı model, Ruslana Gee adı ilə daha çox tanınan Ruslana Cavadovanı az qala Kaliforniyada istirahət edərkən rəfiqəsi ilə birlikdə oğurlayacaqlarmış.

Sputnik Azərbaycan-ın məlumatına görə, Cavadova özünün YouTube səhifəsinə Yosemitedəki kurortda istirahət zamanı çəkilmiş videoçarxını yerləşdirib. O, həmişə burada olmağı arzulayırmış və ora dəvət alarkən dəlicəsinə sevinib. Cavadova orada bir nəfər yerli gənclə tanış olub. Gənc ona rayonun gözəl yerlərinə ekskursiyaya getməyi təklif edib.

"Düzünü desək, o, bizə bu təklifi edəndə, rəfiqəmlə dərhal razılaşdıq. Lakin sonra fikrimizi dəyişdik, düşündük ki, bəlkə də o, qatildir, bizi oğurlayaraq öldürəcək. O, bizə öz telefon nömrəsini verməkdən imtina etmişdi və demişdi ki, dağlarda onsuz da heç kəs yoxdur. Bu sözü nə isə bizə şübhəli gəldi. Ona görə də qərara aldıq ki, görüş zamanı onunla şəkil çəkdirək və şəkli qaldığımız yerdəki digər rəfiqəmizin telefonuna göndərək" - deyə Cavadova bildirib.

Sonra məlum olub ki, kaliforniyalı oğlanla bağlı onların şübhələri əsassızdır. Belə ki, oğlan heç də adam oğrusu və yaxud qatil deyilmiş. O, çox xeyirxah və yaxşı insan imiş. Amma Cavadova hər ehtimala qarşı özünü sığortalamağa çalışıb, çünki həyatda hər şey ola bilər.

Ruslana Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan L'Officiel Awards-ın illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı fashion-блогер" - mükafatlara layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin bloggerlik fəaliyyətini davam etdirir.

Xəbər lenti
0