17:14 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Türkiyə və ABŞ prezidentləri yenidən telefonla danışdılar

© Photo : Tatyana Zenkovich / pool photo via AP
DÜNYA
Qısa URL
41 0 0

Liderlərin Suriya və İŞİD-lə mübarizə mövzularını müzakirə etdikləri bildirilir.

BAKI, 23 dekabr — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.

Sputnik Azərbaycan Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, uzun sürən telefon söhbəti məhsuldar olub. Liderlərin Suriya və İŞİD-lə mübarizə mövzularını müzakirə etdikləri bildirilir.

“Biz İŞİD-i, Suriyadakı ümumi fəaliyyətimizi, ABŞ qoşunlarının oradan tədricən və koordinasiyalı çıxarılmasını müzakirə etdik... Biz, həmçinin əhəmiyyətli dərəcədə genişlənən ticarəti müzakirə etdik” - Donald Tramp rəsmi Twitter səhifəsində belə yazıb.

Öz növbəsində Ərdoğan Trampla Suriya məsələsindən tutmuş, ikitərəfli əlaqələrə qədər bir çox problemləri müzakirə etdiklərini vurğulayıb.

Əsas mövzular