17:54 22 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
DÜNYA
Qısa URL
22 0 0

Vəziyyət bir qədər sabitləşdirildikdən sonra xilasedicilər şaxtaya eniblər və orada qalan 9 mədənçidən 8-nin meyitini tapa biliblər

BAKI, 23 dekabr - Sputnik. Rusiyanın Perm vilayətinin Solikamsk şəhərindəki mədəndə faciə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mədəndə qəza nəticəsində ölənlər var.

Hadisə dekabrın 22-si Bakı vaxtı ilə saat 10:04-də olub. Gözlənilmədən "Uralkaliy" mədənində tüstüləmə başlayıb. Hadisə zamanı ümumilikdə şaxtada 17 işçi olub. Onlardan 8-i mədəndən çıxıb və xəsarət almayıb.

Dağ xilasediciləri yüksək temperatura və metal konstruksiyaların deformasiyasına görə uzun müddət şaxtaçıların olduğu yerə enə bilməyiblər. Vəziyyət bir qədər sabitləşdirildikdən sonra xilasedicilər şaxtaya eniblər və orada qalan 9 mədənçidən 8-nin meyitini tapa biliblər.

Xilasedicilər şaxtanın birinci səviyyəsində 2 meyit, ikinci və üçüncü səviyyəsində isə 6 meyit aşkar ediblər. Güman edildiyinə görə, doqquzuncu mədənçinin meyiti də bu səviyyələrdən birindədir. Hazirda axtarış işləri davam edir.

Əsas mövzular