Meksika ilə qarşıdurma ABŞ-ı iflic etdi – Hökumət fəaliyyətini dayandırdı

Abunə olmaq
ABŞ federal hökuməti müvəqqəti olaraq fəaliyyətini dayandırıb

BAKI, 22 dekabr — Sputnik. ABŞ federal hökuməti tərəfindən Meksika sərhədində divarın hörülməsi üçün yetərli vəsait ayrılmaması müvəqqəti olaraq onun fəaliyyətinin dayandırılması ilə nəticələnib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ prezidenti Donald Tramp bir müddət öncə də verdiyi açıqlamasında Meksika sərhədində divarın hörülməsi üçün yetərli vəsait ayrılmayacağı halda büdcə layihəsini imzalamayacağını bildirmişdi.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın hörülməsi üçün federal hökumət tərəfindən 5 milyard dolar məbləğində büdcə ayrılmalı idi.

Xatırladaq ki, bu il ərzində federal hökumət artıq üçüncü dəfədir ki, fəaliyyətini dayandırıb. Bu ilin 20-23 yanvar və 9 fevral tarixlərində da federal hökumət fəaliyyətini dayandırmışdı.

Xəbər lenti
0