SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp ABŞ qoşunlarını Əfqanıstandan da çıxarır

© REUTERS / Yuri GripasABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Əfqanıstandakı hərbi missiyanı azaltmağı planlaşdırır

BAKI, 21 dekabr — Sputnik. Birləşmiş Ştatlar Əfqanıstandan 7 minə yaxın hərbçini çıxaracaq. Bu barədə Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp bu qərarı qoşunların Suriyadan çıxarılması ilə bağlı eyni vaxtda verib.

Telekanalın hərbi sahədə mənbəsinin sözlərinə görə, qoşunların çıxarılması prosesi artıq hazırlanır. Qeyd edilib ki, belə bir sayda qoşunların çıxarılması "aylar" çəkə bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ prezident Administrasiyasından olan mənbələr bildirib ki, Tramp Əfqanıstandakı hərbi missiyanı azaltmağı planlaşdırır.

Onu da qeyd edək ki, bu günlərdə Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını da bəyan edib.

Xəbər lenti
0