Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Moskva və Kiyevdəki səfirlərini dəyişib

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyadakı səfir vəzifəsinə Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin rəhbəri Mehmet Samsar təyin olunub

BAKI, 20 dekabr — Sputnik. Türkiyə Rusiya da daxil olmaqla, 25 xarici ölkədə olan səfirlərini dəyişib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyənin Rusiyadakı yeni səfiri Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin rəhbəri Mehmet Samsar təyin olunub. O, bu vəzifədə Hüseyn Diriözü əvəz edəcək.

Qeyd edək ki, Türkiyənin öz səfirlərini dəyişdiyi ölkələr sırasında Anqola, Braziliya, Rumıniya, Özbəkistan, İspaniya və Ukrayna da var.

Xəbər lenti
0