"Aprel döyüşlərinə dair yüzlərlə məxfi material oxumuşam" – Paşinyan

© Sputnik / Asatur YesayantsErmənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyətin aprel müharibəsi ilə bağlı sualları var və hökumət imkan daxilində insanları məlumatlandıracaq

BAKI, 19 dekabr — Sputnik. Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan 2016-cı ilin aprelində baş verən müharibədə itkilərə görə əsas məsuliyyətin onun yeni müşaviri Arşak Karapetyanın üzərinə atılması barədə iddialarla razı deyil. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan bunu jurnalistlərə açıqlamasında bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan böyük üstünlüklə qalib gəldi

Qeyd edək ki, bu yaxınlarda Paşinyanın müşaviri təyin olunan Karapetyan Azərbaycan ordusu ilə bağlı vaxtında kəşfiyyat məlumatlarını orduya təqdim etmədiyi iddiası ilə aprel döyüşlərindən sonra Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi rəisi postundan istefaya göndərilib.

Paşinyanın sözlərinə görə, hər hansı bir şəxsin ünvanına bəyanat və ya ittiham məhkəmə qərarı deyil: "Bundan əlavə, Karapetyanın buna görə əsas məsuliyyət daşıması ondan yuxarıda rəhbərliyin olmaması anlamına gəlir. Bu isə təbii ki, belə deyil".

"Mən, həmçinin dördgünlük müharibə barədə onlarla, yüzlərlə məxfi materiallar oxumuşam və orada həmin günlərdə kəşfiyyat məlumatlalarının olmamasına dair məlumata rast gəlməmişəm. Müharibədən bir ay qabaq Azərbaycan ordusunun təmas xəttində toplanması baş verirdi və bunu hamı bilirdi" - deyə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan iddia edib.

O, həmçinin əlavə edib ki, cəmiyyətin aprel müharibəsi ilə bağlı sualları var və hökumət imkan daxilində insanları məlumatlandıracaq.

Xəbər lenti
0