“ABŞ Güləni ölkədən qovacaq, amma Türkiyəyə verməyəcək”

© REUTERS / Charles MostollerFətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016
Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Gülən özü isə üçüncü ölkəyə gedir

BAKI, 18 dekabr — Sputnik. “Birləşmiş Ştatlar Fətullah Güləni persona non qrata elan edə bilər, amma onu çətin ki, Türkiyəyə ekstradisiya etsinlər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında proqnoz və siyasi nizamlanma İnstitutunun direktor müavini Aleksandr Kuznetsov bildirib.

"Güləni Türkiyə ədalət məhkəməsinə təhvil vermək ABŞ-ın xeyrinə deyil. Bu şəxs Türkiyə - ABŞ münasibətləri, xüsusi ilə də bu münasibətlərin qaranlıq tərəfi, həmçinin Birləşmiş Ştatların Türkiyə işlərinə müdaxiləsi barədə çox şey bilir" - deyə Kuznetsov vurğulayıb.

Onun sözlərinə görə, Gülənin Türkiyə tərəfinə verilməsi Türkiyə - ABŞ əlaqələrinə ciddi zərbə vura bilər: "Ona görə də bu variant ola bilər – Birləşmiş Ştatlar ölkə ərazisində Gülənə siyasi sığınacaq verməkdən imtina edir, onu arzuolunmaz şəxs elan edir, lakin onu Türkiyəyə təhvil vermir. Gülən özü isə üçüncü ölkəyə gedir".

Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Buenos Ayresdə keçirilən "G-20" sammitində ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirib ki, Fətullah Gülənin ekstradisiyası nəzərdən keçirilir.

Xəbər lenti
0