15:30 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Fələstin bayrağı, arxiv şəkli

İsraildə sensasiyalı qanun: Fələstinli ailələr sürgün olunacaq

© AP Photo / Mohammed Zaatari
DÜNYA
Qısa URL
9310 0 0

Bir yəhudinin ölümünə səbəb olan əməliyyatı icra edən şəxsin birinci dərəcəli qohumları yaşadıqları ərazidən qovulacaq

BAKI, 17 dekabr — Sputnik. İsrail hökuməti ölkə vətəndaşlarını öldürən fələstinlilərin ailələrinin İordan çayının qərb sahilindəki evlərindən qovulması ilə bağlı qanun layihəsini təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi "Yedioth Ahronoth" qəzetinə istinadən xəbər verir.

Qanun layihəsi "Yəhudi Evi" Partiyasının millət vəkili Morti Yogev tərəfindən irəli sürülüb. Qanuna görə, bir yəhudinin ölümünə səbəb olan əməliyyatı icra edən şəxsin birinci dərəcəli qohumları 7 gün ərzində İordan çayının qərb sahilindəki evlərindən başqa yerə sürgün ediləcək.

Qanun layihəsinin qüvvəyə minməsi üçün hökumətin təsdiqindən sonra parlamentin qərarı olmalıdır. Nəşr yazır ki, hökumətin hüquq üzrə müşaviri Aviçay Mendelbilt mövcud qanun layihəsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Mendelbilt yaşadığı evdən çıxarılması üçün ailənin də hər hansı bir cinayətdə əlinin olmalı olduğunu vurğulayıb.

Əlaqədar

Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı
İsraildə daha bir hay-küylü istefa
İsrail Fələstinin paytaxtını mühasirəyə aldı
Azərbaycanın İsraillə münasibətləri Türkiyəni narahat edirmi - Səfir açıqladı
Teqlər:
ailə, Fələstin, vətəndaş, hökumət, İsrail

Əsas mövzular