Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma oldu

© Sputnik / Alexander ImedashviliGürcüstan polisi
Gürcüstan polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze də aksiyada iştirak edib

BAKI, 16 dekabr - Sputnik. Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.

AZƏRTAC-ın xəbər verir ki, dekabrın 16-da səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. Yol boyu 500-ə yaxın maşın karnavı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində “Salome yox” şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.

Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.

Müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze də aksiyada iştirak edib.

Xəbər lenti
0