Artıq sərnişinləri sürücüsüz avtobuslar daşıyacaq

© AP Photo / Ng Han GuanSürücüsüz ilk avtobus
Sürücüsüz ilk avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda mikroavtobus 5 kilometrlik yolda saatda 15 kilometr sürətlə hərəkət edir.

BAKI, 16 dekabr — Sputnik. Çinin Hubey əyalətinin Uhan şəhərində "Lunlinşan" ekoloji parkının ərazisində ictimai istifadə üçün ilk sürücüsüz mikroavtobus sınaq rejimində işə başlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mikroavtobus kiçikdir, onun 5 metr uzunluğu və 2 metr eni var. Nəqliyyat vasitəsi 8 oturacaqlıdır.

Nəqliyyat vasitəsində sürücü yeri və arxa görüntü güzgüləri yoxdur. Buna görə də avtobusu əl ilə idarə etmək mümkün deyil.

Eyni zamanda salonda hər zaman texniki əməkdaş olacaq və o tələb edilən zaman əyləci basacaq.

Mikroavtobus video müşahidə kameraları və yüksək reaksiya dərəcəsi olan xüsusi sensorlarla təchiz olunub və bu da maneələrin qarşısını almaq və müəyyən bir proqramla müəyyən edilmiş yerdə dayanmağa imkan verir.

Yeni vasitə ilə gəzmək istəyənlər 1 yanvar 2019-cu ilədək WeChat sosial şəbəkəsindəki proqram vasitəsilə əvvəlcədən bir yer ayıra bilər. Nəqliyyat vasitəsində gəzmək pulsuz olacaq.

Hazırda mikroavtobus 5 kilometrlik yolda saatda 15 kilometr sürətlə hərəkət edir.

Mikroavtobus Baidu və King Long United Automotive Industry tərəfindən istehsal edilib.

Xəbər lenti
0