İki gün yağ və piyin içində havalandırma borusunda ilişdi

Abunə olmaq
Aclıqdan, susuzluqdan əldən düşən və dar yerdə hərəkət edə bilməyən kişini çıxartmaq üçün 1 saat lazım olub

BAKI, 15 dekabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, San Lorenso şəhərində bir kişi havalandırma borusunun içinə düşüb və iki gün orada qalıb.

Kişini iki gün sonra təsadüfən tapıblar. İşləməyən Çin restoranında olan bir şəxs yorğun və halsız kişi səsi eşidib. Bundan sonra o, Təcili Xidmətə zəng edib. Hadisə yerinə gələn polis və yanğınsöndürənlər səsin damdan mətbəxə uzanan havalandırma borusundan gəldiyini müəyyən ediblər.

Havalandırma borusunda bütün bədəni yağ və piyə bulaşmış 29 yaşlı kişi tapılıb. Aclıqdan, susuzluqdan əldən düşən və dar yerdə hərəkət edə bilməyən kişini çıxartmaq üçün 1 saat lazım olub.

© Alameda County SheriffBoruda ilişən adam
İki gün yağ və piyin içində havalandırma borusunda ilişdi - Sputnik Azərbaycan
Boruda ilişən adam

Onun havalandırma borusuna niyə girdiyi bilinmir. Polis güman edir ki, kişi binaya qanunsuz olaraq girmək istəyib, nəticədə də havalandırma sistemində qalıb.

Xəbər lenti
0