14:04 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.9020
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli

Rusiyalılar yenə Putini seçdilər

© Sputnik / Aleksey Druzhinin
DÜNYA
Qısa URL
23 0 0

Sorğuda 1500 dən çox insan iştirak edib

BAKI, 14 dekabr — Sputnik. Rusiyalılar siyasətçilər arasında ilin adamını seçiblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıda ilk yerlərdə prezident Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrov yer alıb. Sorğu "Cəmiyyətin fikri" fondu tərəfindən keçirilib.

Rusiyalılar "Siz Rusiya siyasətçilərindən, ictimai fəallardan kimi ilin adamı adlandırardınız" sualına Vladimir Putin (29 faiz), Lavrov (7 faiz), Vladimir Jirinovski (4), müdafiə naziri Sergey Şoyqu (3), "Lenin adına sovxoz"un direktoru Pavel Qrudinin (2) olaraq cavab veriblər.

17 faiz istifadəçi belə siyasətçinin olmadığını qeyd edib, 34 faiz cavab verməkdə çətinlik çəkdiyini deyib.

Sorğu 8-9 dekabrda 53 region üzrə 104 yaşayış məntəqəsində keçirilib. Sorğuda 1500 dən çox insan iştirak edib.

Əlaqədar

Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşə bilər
Putin Poroşenko ilə danışmamasının səbəbini açıqladı
Putin ABŞ-a səsləndi: "Sizə uyğun cavab verəcəyik "
Putin və Lukaşenko hər kəsin qarşısında mübahisə etdi
Lavrov: “Vladimir Putin İlham Əliyevin şəxsi münasibətlərini yüksək qiymətləndirir”

Əsas mövzular