Türk ordusu qonşu ölkə ərazisində nəhəng hərbi əməliyyata başladı – VİDEO

© AFP 2023 / BULENT KILICTürkiyə Silahlı Qüvvələri Suriyada
Türkiyə Silahlı Qüvvələri Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyata 20-dən çox qırıcı təyyarə, habelə pilotsuz uçuş aparatları və tanker təyyarələri cəlb olunub

BAKI, 14 dekabr — Sputnik. Türkiyə, əvvəlcədən gözlənildiyi kimi, İraqın şimalındakı PKK hədəflərinə qarşı böyük əməliyyata başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyata 20-dən çox qırıcı təyyarə, habelə pilotsuz uçuş aparatları və tanker təyyarələri cəlb olunub.

PKK terrorçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Gerisayım başladı: PKK-nın sərhəd xəttindəki bütün mövqeləri darmadağın ediləcək

Türkiyənin milli müdafiə naziri Hülusi Akar əməliyyatı Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib. Əməliyyat çərçivəsində 30-dan çox hədəf məhv edilib, üstəlik ilk dəfə sərhəddən 180 km içəridəki Karacak dağı bölgəsi də vurulub.

Hədəflər xüsusi xidmət orqanları ilə koordinasiyalı şəkildə müəyyənləşib, dinc əhalinin təhlükəsizliyinin və ətraf mühitin qorunmasına ən yüksək səviyyədə həssaslıq göstərilib.

"Bu missiya bitdi, bundan sonrakı vəzifələrimiz üçün də hazırlıqları eyni ciddiliklə aparacağıq" - deyə H.Akar bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır. Əməliyyat üçün geri sayım başlasa da, dəqiq tarix açıqlanmır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn ve Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.

Əməliyyatın dəqiqləşməsi PKK/PYD cəbhəsində həyəcana səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Əməliyyat başlayır" mesajından sonra hərəkətə keçən PKK və onu dəstəkləyən qüvvələr bir sıra görüşlər keçirib.

Həmin görüşlərdə "Türkiyədən əvvəl biz hücuma keçək" çağırışı edilib. Bölgə əhalisini də təzyiq altında saxlayan PKK onlara "Uşaqlarınızı Azad Suriya Ordusundan dərhal çıxarın" hədə-qorxusu gəlir.

Xəbər lenti
0