23:55 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
PKK terrorçuları, arxiv şəkli

Gerisayım başladı: PKK-nın sərhəd xəttindəki bütün mövqeləri darmadağın ediləcək

© AFP / SAFIN HAMED
DÜNYA
Qısa URL
97 0 0

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir

BAKI, 14 dekabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, əməliyyat üçün geri sayım başlasa da, dəqiq tarix açıqlanmır.

Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn ve Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.

Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.

Əməliyyatın dəqiqləşməsi PKK/PYD cəbhəsində həyəcana səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Əməliyyat başlayır" mesajından sonra hərəkətə keçən PKK və onu dəstəkləyən qüvvələr bir sıra görüşlər keçirib.

Həmin görüşlərdə "Türkiyədən əvvəl biz hücuma keçək" çağırışı edilib. Bölgə əhalisini də təzyiq altında saxlayan PKK onlara "Uşaqlarınızı Azad Suriya Ordusundan dərhal çıxarın" hədə-qorxusu gəlir.

Əlaqədar

PKK-ya ağır zərbə endirilib
ABŞ PKK terrorçuları üçün böyük məbləğdə pul mükafatı ayırıb
Vaşinqtonun yeni terror planı üzə çıxdı, PKK əl və yer dəyişdirir
PKK-ya ağır zərbə vuruldu
Teqlər:
əməliyyat, terror, PKK, Azad Suriya Ordusu, Türkiyə Silahlı Qüvvələri

Əsas mövzular