Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransada yaşayan azərbaycanlı: "Artıq hökumətin heç bir vədi camaatı sakitləşdirmir"

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidFransadakı ixtişaşlar davam edir
Fransadakı ixtişaşlar davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
Cavid Sadiqov: "Makronun son qərarları etirazçılar tərəfindən razılıqla qarşılanmadı, onlar bunu gecikmiş addım kimi dəyərləndirdilər"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 13 dekabr — Sputnik. Ötən ayın 17-sindən etibarən Fransada "sarı jiletlilər"in etiraz aksiyası başlayıb. Etirazların baş verməsinə zəmin yaradan əsas səbəb yanacağın qiymətinin artırılması olub. Artıq bir aya yaxındır ki, Fransada kütləvi aksiya və iğtişaş davam edir.

Dekabrın 11-də ölkədə gərginlik ən pik həddə çatıb. Belə ki, həmin gün Fransanın Strasburq şəhərində 3 nəfərin ölümü, 12 nəfərin isə yaralanması ilə nəticələnən terror hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın əməkdaşı Fransadakı hazırkı vəziyyəti öyrənmək üçün 8 ildir Grenobl şəhərində yaşayan və "Fransada yaşayan azərbaycanlılar" səhifəsinin qurucusu Cavid Sadiqovla həmsöhbət olub. O, hazırda Fransanın "OPTYM-HA" şirkətində operator vəzifəsində çalışır.

© Facebook / Cavid SadiqovCavid Sadiqov
Fransada yaşayan azərbaycanlı: Artıq hökumətin heç bir vədi camaatı sakitləşdirmir - Sputnik Azərbaycan
Cavid Sadiqov

- Cavid bəy, Fransada hazırda son vəziyyət nə yerdədir?

- Noyabrda benzinin və ona tətbiq edilən verginin artması ilə əlaqədar olaraq etirazlar başlandı. Daha sonra digər insanlar aldıqları məvaciblə öncəki kimi istirahət edə bilmədiklərini deyib, etirazçılara qoşuldular. Artıq bu üsyançılar əhalinin digər təbəqələri tərəfindən də dəstəklənir. İnsanlar aksiyalara qatılmaqdan çəkinmirlər. Müəyyən səbəblərdən aksiyalarda iştirak edə bilməyən şəxslər isə avtomobillərinin üzərinə sarı jiletlər qoyaraq hərəkət edirlər. Aksiya getdikcə böyüyür.

Artıq müxalifətçi lider Melanşon da bu aksiyalara dəstək verir. Bu səbəbdən aksiyaların növbəti həftədən etibarən daha da geniş vüsət alaraq, genişlənəcəyini düşünürəm.

- Fransada yaşayan və baş verən olayların içində olan biri kimi necə düşünürsünüz, Makronun verdiyi son qərarlar, yəni yanacağın qiymətinin artırılmaması və digər tələblərin yerinə yetirilməsina razılıq verməsi etirazçıları susduracaqmı?

- Baş verən üsyanlardan nəticə çıxaran Makron yanvardan etibarən minimum əmək haqqının 100 avro artacağını vəd edib. Qeyd edim ki, hazırda burada aylıq minimum əmək haqqı 1256 avrodur. Yaşlılar üçün təqaüd isə 2000 avrodur. Yeni qərarla artıq onlardan da vergi alınmayacaq.

Fransada etirazçılar - Sputnik Azərbaycan
Fransada etirazçılar yeni və daha radikal tələb irəli sürüblər

Bundan başqa, iş yerlərində hər il yeni il bayramı ilə əlaqədar olaraq pul mükafatı veriləcəyi vəd edilib. Lakin bütün bunlara baxmayaraq, Makronun bu qərarları etirazçılar tərəfindən razılıqla qarşılanmadı. Onlar bunu gecikmiş addım kimi dəyərləndirdilər.

- Ötən gün baş verən hadisələrlə əlaqədar olaraq bu gün yaşadığınız şəhərdə ticarət mərkəzləri, yarmarkalar necə, işləyirmi?

- Ticarət mərkəzləri işləyir. Artıq onlar baş verəcək hansısa terror hadisəsinin qarşısını almaq üçün tədbirlər görüblər. Bununla yanaşı, qeyd edim ki, bu gün də yaşadığım Grenobl şəhərində yeni il yarmarkası təşkil olunub. Böyük ehtimalla, bu yarmarkalar digər şəhərlərdə də təşkil olunur. Lakin ötən gün Strasburqda baş verən hadisə ilə əlaqədar, hələ ki, prezident tərəfindən yeni bir açıqlama verilməyib.

- Etiraz dalğası Fransada yaşayan azərbaycanlıların həyatına təsir edibmi, daha doğrusu iğtişaşlar zamanı soydaşlarımızın əmlaklarına hansısa zərər dəyibmi?

- Bildiyim qədər, hələlik həmyerlilərimizlə bağlı belə faktlar qeydə alınmayıb.

Qeyd edək ki, hazırda Fransada işsizliyə görə müavinət 550 avrodur. Şəxs 6 ay işləyibsə, 6 ay da işləmədən əmək haqqının 90 faizini ala bilir. Burada həftəlik iş saatı isə 35-dir. Orta aylıq əmək haqqı isə 1156 avrodur.

Xəbər lenti
0