ABŞ Türkiyənin hərbi əməliyyatına qarşı çıxdı: Qətiyyən yolverilməzdir

© REUTERS / Khalil AshawiTürk ordusu Afrində. 18 mart 2018-ci il
Türk ordusu Afrində. 18 mart 2018-ci il  - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon nümayəndəsi: "Suriyanın şimal şərqində istənilən tərəfin birtərəfli qaydada hərbi əməliyyat keçirməsi ciddi narahatlıq doğurur"

BAKI, 13 dekabr — Sputnik. "Türkiyənin Suriyanın şimal-şərqində birtərəfli qaydada fəaliyyəti yolverilməzdir və ciddi narahatlıq doğurur". Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Robertson bəyanatla çıxış edib.

Колонна турецкой военной техники между Дамаском и Алеппо в провинции Идлиб, Сирия - Sputnik Azərbaycan
Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

"Suriyanın şimal şərqində istənilən tərəfin birtərəfli qaydada hərbi əməliyyat keçirməsi, xüsusilə də ABŞ hərbçilərinin bu zonada olması ehtimalı nəzərə alınmaqla ciddi narahatlıq doğurur. Biz belə bir addımın yolverilməz olduğunu düşünürük" - deyə Robertson bildirib.

Pentaqon, əlavə edib ki, Vaşinqton Türkiyənin Suriya ilə sərhəddə təhlükəsizliyini təmin etmək ehtiyacını tanıyır.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir" - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.

Xəbər lenti
0