18:02 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Türk hərbi texnikası İdlib əyalətində

Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

© AFP / Omar Haj Kadour
DÜNYA
Qısa URL
510 0 0

Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb

BAKI, 12 dekabr — Sputnik. Türk ordusu yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir", - deyə Ərdoğan qeyd edib.

O, bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.

Əlaqədar

Türk ordusunun Afrin əməliyyatına dair mühüm bəyanat
Azərbaycan dövlətindən Türkiyənin Afrin əməliyyatına dəstək
Ərdoğandan Afrin müjdəsi

Əsas mövzular