20:18 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Polis, arxiv foto

Fransa polisindən həyəcan siqnalı: Kimsə evdən çıxmasın

© AFP / BEN STANSALL
DÜNYA
Qısa URL
102 0 0

Fransa polisi terrorçunun axtarışındadır

BAKI, 12 dekabr — Sputnik. Ötən gün Fransada "Yeni il Yarmarkası"nda 3 nəfərin ölümünə, 12 nəfərin isə xəsarət almasına səbəb olan terrorçu polis tərəfindən yaralanıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Fransa polisi bu haqda məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, terror törədən şəxsin 29 yaşı olub. Polisin məlumatına görə, həmin şəxs yeni il yarmarkasında törətdiyi cinayətdən öncə üç müxtəlif yerdə də atəş açıb. Yeni il yarmarkasında isə terror hadisəsi baş verdikdən sonra həmin şəxsin taksiyə minərək ərazidən uzaqlaşdırıldığı bildirilib. 

Artıq polislər terrorçunun hansı istiqamət üzrə hərəkət etdiyini təsbit edə biliblər. Fransa mediasının məlumatına görə, şübhəli Neudrof küçəsi istiqamətində hərəkət edib. Şübhəli şəxsin məhz həmin ərazidə qaldığı bildirilir. Həmin şəxsin axtarışı ilə əlaqədar olaraq binada yaşayan şəxslərin isə müvəqqəti olaraq saxlanıldığı, daha sonra isə azad edildiyi bildirilib.

Fransa polisi hələ də hadisənin lokallaşdırılmadığını, terrorçunun saxlanılmadığını və axtarışda olduğunu bildirib. Bu səbəbdən də sakinlərə evlərindən çıxamamaq tövsiyə olunub.

Fransanın daxili işlər naziri Kristofon Kastaner isə bildirib ki, hökumət "təcili hücum"la risk səviyyəsini daha da artırıb. O, həmçinin baş verən hadisələrin fonunda ölkə sərhədlərində də gücləndirilmiş iş rejiminə keçirildiyini deyib.

Baş vermiş hadisə ilə bağlı Avropa Parlamenti də Fransaya mesaj ötürüb. Bu mesajda "görünür ki, bir neçə terror hadisəsi törədilib" - deyə bildirilib.

Əlaqədar

Rusiyada böyük terror aktlarının qarşısı alınıb
Dəhşətli terror yeni formada ortaya çıxdı
Qazaxda terror aktı törətmək istəyən erməninin növbəti məhkəməsi noyabrın sonuna qaldı
İranda terror aktı törədilib, ölənlər və yaralananlar var
Vaşinqtonun yeni terror planı üzə çıxdı, PKK əl və yer dəyişdirir
Teqlər:
axtarış, polis, Fransa, terror

Əsas mövzular