20:23 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Начальник городской полиции города Ризе Алтуг Верди

Türkiyədə polis rəisini öldürdülər, daha iki polis yaralandı

© internet Haber
DÜNYA
Qısa URL
103 0 0

Məlumata əsasən, insidenti elə həmin idarənin polis məmuru törədib

BAKI, 11 dekabr — Sputnik. Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi Altuğ Verdiyə silahlı hücum olub. Bu barədə Sputnik Azərbaycan "Hurriyet"-ə istinadən xəbər verir.

Məlumata əsasən, insidenti elə həmin idarənin polis məmuru törədib. İ.Ş. adlı şəxsin silahlı hücumu nəticəsində daha iki polis rəsmisi – kadrlar şöbəsinin müdiri Ercan Polat və qoruma məmuru Yiğit Can Köksal yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.

İlkin məlumata görə, Derepazar rayon Polis şöbəsinin məmuru İ.S. polis rəisi Altuğ Verdi ilə görüşmək üçün əyalət mərkəzinə gedib. O, görüşə girərkən xidməti silahı və mobil telefonunu təhlükəsizlik xidmətinə təhvil verib. Onlar görüşdükdən sonra polis məmuru oradan aralanıb. Telefonu və silahını geri aldıqdan sonra qaça-qaça Altuğ Verdinin kabinetinə girərək rəisini, şəxsi heyət komandiri Ercan Polatı və mühafizə xidmətinin əməkdaşı Yigit Can Köksalı güllələyərək yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin yaxşı olduğu bildirilir. 

Əlaqədar

Türkiyə zəlzələ ilə silkələndi
Türkiyə ABŞ səfirliyinin yerləşdiyi küçənin adını dəyişdi
Türkiyə-Rusiya anlaşması Avropanı vəlvələyə salıb
Türkiyə Paşinyana rədd cavabı verdi

Əsas mövzular