Camal Qaşıqçının son audio yazısının mətni hazırlanır

© AFP 2023 / Virginia MayoCamal Qaşıqçı
Camal Qaşıqçı - Sputnik Azərbaycan
Abunə olmaq
Camal Qaşıqçı son cümləsində nəfəs ala bilmədiyini deyib

BAKI, 10 dekabr — Sputnik. Türkiyənin Kəşfiyyat Xidməti tərəfindən öldürülən jurnalist Camal Qaşıqçının audio yazısının mətni hazırlanır. Sputnik Azərbaycan-ın Fransa mediasına istinadən xəbərinə görə, artıq bu audio yazının son cümləsi haqda mediada məlumat yayılıb. Ölənədək qatilləri ilə mübarizə aparıldığı aydın olan jurnalist son cümləsində "mən nəfəs ala bilmirəm" - deyib.

Cemal Kaşıkçı - Sputnik Azərbaycan
Gözlənilməz hadisə Ankara, Ər-Riyad və Vaşinqtonu bir-birinə vurdu

İngilis mediası isə Türkiyə mətbuatına istinadən bu sui-qəsd əmrinin Səudiyyə Ərəbistanını tərəfindən verildiyini bildirib.

İngilis mediası həmçinin rəsmi Ankaranın məlumatına istinad edərək jurnalistin öldürülməsi üçün Səudiyyə Ərəbistanından 15 nəfərin sifariş üçün səfirliyə göndərildiyini qeyd edib.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı bu ilin 2 oktyabrında Türkiyənin İstanbulda yerləşən Səudiyyə Ərəbistanının səfirliyində öldürülüb.

Xəbər lenti
0