07:29 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Ermənistanda seçki məntəqəsi

Ermənistanda “ən biabırçı seçkilər” başa çatdı

© Sputnik / Artur Aseyants
DÜNYA
Qısa URL
92 0 0

“Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir”.

BAKI, 9 dekabr — Sputnik. Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. Sputnik Ermənistan xəbər verir ki, seçkilərdə seçici fəallığı 50 faizə çatmayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan deyib ki, erkən parlament seçkilərində 48,63% ölkə vətəndaşı iştirak edib. Ötən il keçirilən parlament seçkilərində bu göstərici 60,86%-ə bərabər olub.

“Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir”.

Bu sözləri isə Respublikaçılar Partiyasının namizədi David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib.

Seçkiöncəsi təbliğat kampaniyasının müddətinin qısa olmasından təəssüfləndiyini bildirən Şahnazaryan qeyd edib ki, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb. Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib.

O deyib ki, yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi: “Bu, Ermənistan tarixində ən biabırçı seçkilər oldu, hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi”.

Teqlər:
Parlament, seçkilər, Ermənistan

Əsas mövzular