08:42 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Ermənistan parlamenti

Ermənilər yeni parlament seçirlər

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
26 0 0

Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

BAKI, 9 dekabr - Sputnik. Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

Sputnik Ermənistan xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.

Yerevam şəhəri, arxiv şəkli
© Sputnik / Kirill Kallinikov

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə axşam saat 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.

Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.

Bundan əvvəl Ermənistanda “sükut günü” elan olunmuşdu.

Teqlər:
parlament, seçkilər, Ermənistan

Əsas mövzular