12:24 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Fransadakı ixtişaşlar davam edir

Parisdə ara qarışdı, yüzlərlə şəxs saxlanıldı

© Sputnik / Irina Kalashnikova
DÜNYA
Qısa URL
29 0 0

Fransada "sarı jiletli"lərin etiraz aksiyası keçirilir.

BAKI, 8 dekabr — Sputnik. Fransa hüquq-mühafizə orqanları "Sarı jiletlilərin" Parisdə etiraz aksiyası zamanı 354 nəfəri saxlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "BFMTV" telekanalı prefekturanın polisinə istinadən xəbər verir.

Məlumata əsasən saxlanılan şəxslərdən 127-i həbs olunub.

Hazırda Fransada "sarı jiletli"lərin etiraz aksiyası keçirilir.

Qeyd edək ki, daha əvvəl Fransa rəhbərliyi ölkəni bürüyən etirazlar fonunda yanacağa tətbiq olunan vergi rüsumlarına altı aylıq moratorium tətbiq edib. "Zorakılıq dayanmalıdır. Biz respublikanın prezidenti Emmanuel Makron ilə birgə yanvarın 1-dən qüvvəyə minməli olan üç vergi qanunu barədə bu qərarı verdik. Məsləhətləşmələrdən sonra mən qüvvəyə minməli olan bu üç vergi qanunu 6 ay müddətinə dondururam. Qərarlar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək" - deyə Fransanın baş naziri Eduard Filipp bildirib. Onun sözlərinə görə, heç bir vergi xalqın birliyini təhdid altına ata bilməz.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə 3 milyon avrodan çox olub. Küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.

Əlaqədar

Fransa silkələnməyə davam edir - VİDEO
Ölkə gündəmini zəbt edən sarı tor nədir və nəyə xidmət edir - İZAH
Fransa "yanır" – Daha bir qrup küçəyə çıxma qərarı verdi
Teqlər:
Həbs, polis, toqquşma, Paris, Fransa

Əsas mövzular