12:26 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Annegret Kramp-Karrenbauer və Angela Merkel

Avropa nəhəngində "qadın hökmdarlar" dövrü davam edə bilər

© REUTERS / FABIAN BIMMER
DÜNYA
Qısa URL
46 0 0

Anneqret Kramp 1962-ci ildə Saar vilayətində anadan olub

BAKI, 7 dekabr - Sputnik. Anneqret Kramp-Karrenbauer Hamburqda keçirilən qurultayda Almaniya Xristian Demokrat İttifaqının sədri seçilib. O bu postda federal kansler Angela Merkeli əvəz edib.
2005-ci ildən Almaniya hökumətinə başçılıq edən Merkel bir müddət əvvəl qurultayda sədrliyə namizəd olmayacağını demişdi. O, həmçinin 2021-ci ildə yenidən kansler postuna seçilmək istəmədiyini də bildirib.

Anneqret Kramp 1962-ci ildə Saar vilayətində anadan olub. İxtisasca hüquqşünas və politoloqdur. 1984-cü ildə mühəndis Helmut Karrenbauerə ərə gedib. 

Alman mediası onu AKK adlandırır. Bundan əvvəl Kramp-Karrenbauer partiyanın baş katibi idi.

Əsas mövzular