Parlamentin binası əlindən alınır

© Sputnik / Vitaliy An'kov / Mediabanka keçidTayland
Tayland - Sputnik Azərbaycan
Abunə olmaq
Kiak Kay şəhərində Çaopraya çayının sahilində tikilən yeni parlament binası 2019-cu ilin iyun ayında hazır olacaq

BAKI, 6 dekabr — Sputnik. Tailandın Milli Qanunvericilik Assambleyası (parlament) yeni il ərəfəsində ölkə parlamentinin 44 ildir ki, yerləşdiyi Banqkokun tarixi mərkəzində olan bina kompleksini tamamilə azad etməlidir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əsas qanunvericilik orqanı hesab edilən qurum üçün hələ yeni binanın tikintisi hələ başa çatmayıb. Yanvar ayından Milli Qanuvericlik Assambleyası iclasların keçrilməsi üçün məkan kirayə edəcək.

İlkin variant kimi BMT-nin Asiya-Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının qərargahının konfrans zalı və ya Thammasat Universitetinin böyük auditoriyalarından biri nəzərdə tutulub.

Kiak Kay şəhərində Çaopraya çayının sahilində tikilən yeni parlament binası 2019-cu ilin iyun ayında hazır olacaq.

İlk dəfə 2011-ci ildən keçirilən ümumi parlament seçkiləri 2019-cu ilin fevralında keçiriləcək.

Müvəqqəti parlament 2018-ci ilin dekabrında bina kompleksinin kirayə müddəti bitdiyi üçün binanı tərk edir.

2019-cu ilin yanvarından isə parlamentin 1974-cü ildən istifadəsində olan ərazi Kral Əmlakı Bürosuna qaytarılacaq.

Xəbər lenti
0