İranda terror aktı törədilib, ölənlər və yaralananlar var

© AFP 2023 / Majid SOURATI / AFPTVİranda təcili yardım maşını
İranda təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Bomba bir avtomobilin içərisinə yerləşdirilib və polis məntəqəsinə yaxın yerdə partladılıb

BAKI, 6 dekabr — Sputnik. İranın Sistan və Bəlucistan əyalətinin cənubunda, Çabahar şəhərində polis bölməsinin yaxınlığında partlayış olub. Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, Çabahar liman şəhərində bu səhər bombalı terror hücumu baş verib.

Əyalət valisinin müavini Məhəmməd Hadi Meraşi təhlükəsizlik və tibbi yardım qruplarının bölgəyə cəlb edildiyini bildirib. O, bombanın bir avtomobilin içərisinə yerləşdirildiyini və polis məntəqəsinə yaxın yerdə partladıldığını qeyd edib.

Valinin sözlərinə görə, partlayış nəticəsində yaralananlar var.

Sputnik Azərbaycan "Haber7"-yə istinadən isə, xəbər verir ki, terror aktı nəticəsindı indiyədək ən az 3 nəfər ölüb, çoxlu sayda insan da yaralanıb.

Xəbər lenti
0