Paşinyan Rusiyaya gedir, Putindən qaz istəyəcək

© Sputnik / Mikhail KlimentyevVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası çərçivəsində Rusiya lideri ilə görüşəcək

BAKI, 5 dekabr — Sputnik. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək. Sputnik Ermənistan xəbər verir ki, görüş dekabrın 6-sı Sankt Peterburq şəhərində baş tutacaq.

Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan cəbhədəki vəziyyətdən danışdı

"Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur" - deyə Paşinyan qeyd edib.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya lideri ilə Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclası çərçivəsində görüşəcək.

Xəbər lenti
0