05:27 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Raket əleyhinə kompleks

İranın raketləri daha təhlükəli olacaq

© AP Photo / PRNewsFoto/Lockheed Martin
DÜNYA
Qısa URL
25 0 0

Bu ilin mayında Ağ Ev rəhbəri Donald Trampın qərarı ilə ABŞ İranla bağlanan nüvə sazişindən geri çəkilərək bu ölkəyə 3 mərhələdə nəzərdə tutulan sanksiyalar tətbiq etmişdi

BAKI, 5 dekabr — Sputnik. ABŞ-ın qəzəbinə baxmayaraq İran raket mənzilini daha da genişləndirməyi planlayır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İran Hərbi Hava Qüvvələrinin rəhbəri Əziz Nəsirzadə jurnalistlərin suallarını cavablayarkən bu haqda danışıb. O bildirib ki, hazırda onların əsas vacib proqramları İranın raket zonasını genişləndirməkdir.

"Bu sahədə İran üçün hansısa məhdudiyyət görmürük" – deyə Əziz Nəsirzadə əlavə edib. Lakin o jurnalistlərin suallarını cavablayarkən raket mənzillərini necə genişləndirəcəkləri haqda danışmayıb.

Qeyd edək ki, bu ilin mayında Ağ Ev rəhbəri Donald Trampın qərarı ilə ABŞ İranla bağlanan nüvə sazişindən geri çəkilərək bu ölkəyə 3 mərhələdə nəzərdə tutulan sanksiyalar tətbiq etmişdi.

 

Əsas mövzular