CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntellekti artırmağın 1 həftəlik proqramı açıqlandı

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidBeyin
Beyin - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər proqramdan öncə və sonrakı test nəticələrini müqayisə edərək bu şəxslərin İQ-sində 40 faizədək artımın olduğunu açıqlayıblar

BAKI, 4 dekabr — Sputnik. İsveçrəli alimlər bir həftə ərzində İQ-nü artırmağın yollarını açıqlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, isveçrəli alimlərin bir həftəlik proqramına riayət edərək İQ-ni (intellekt əmsalı) artırmaq mümkün olacaq. Bu proqrama əsasən isveçrəli alimlər günlərə görə ediləcək tapşırıqları sadalayıblar.

Neyrocərrah Fərid Qaralov mürəkkəb beyin əməliyyatı zamanı - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda beyin əməliyyatı xəstənin həyatını xilas etdi

Bazar ertəsi:

Axşam yağlı balıq yeyin

İşə gəzərək, yaxud da velosipedlə gedin

Ənənəvi nəqliyyat vasitəsindən imtina edərək daha fərqli bir nəqliyyatdan istifadə etməyə çalışın

Çərşənbə axşamı:

Yeni sözlər öyrənin və çalışın ki, gündəlik nitqinizdə də onlardan istifadə edəsiniz

Çərşənbə günü:

Yoqa və meditasya ilə məşğul olun

Əvvəllər tanımadığınız bir şəxslə ünsiyyət qurun

Cümə axşamı:

İşə daha əvvəl getmədiyiniz bir yolla gedin

İnformativ proqramları izləyin

Cümə günü:

Alkoqollu içkilər və kofeindən uzaq olmağa çalışın

Alış-verişə çıxarkən alacağınız məhsulların siyahısını əzbərləməyə çalışın

Şənbə günü:

Dişinizi bu dəfə də digər əlinizlə fırçalayın

Gözünüzü bağlayaraq duş qəbul edin

Bazar günü:

Səhər saatlarında krossvord edin

Gəzintiyə çıxın

Qeyd edək ki, bu proqrama qatılan 100 nəfərin əldə etdiyi nəticələr ürəkaçan olub. Alimlər proqramdan öncə və sonrakı test nəticələrini müqayisə edərək bu şəxslərin İQ-sində 40 faizədək artımın olduğunu açıqlayıblar.

Xəbər lenti
0