Fantaziyalar həqiqətə çevrilir: Yadplanetlilər Yerlə əlaqəyə girdi

© Photo : Greg Ruppel/ESAKometa 21P
Kometa 21P - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda alimlər kosmosdan alınan mesajı açmağa çalışırlar

BAKI, 4 dekabr — Sputnik. Amerikanın Havay institutunun mütəxəssisləri və Almaniyanın Noykirxen universitetinin alimləri kosmosdan süni mənşəli olduqca güclü radiosiqnal aldıqları barədə məlumat veriblər.

Buz parçası - Sputnik Azərbaycan
NASA 18 il əvvəl qopan və okeanda dolaşan aysberqin görüntüsünü yayımladı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kosmik tədqiqatçıların fikrincə, belə siqnallar ancaq ağıllı varlıqlar tərəfindən göndərilə bilər. Bununla yanaşı, belə siqnalların göndərilməsi üçün gün ərzində Günəşin istehsal etdiyi istilik miqdarına bərabər olan böyük miqdarda enerji lazımdır.

Bundan əlavə, siqnallar pulsasiya formasında göndərilib.

Alimlər alınan mesajın ilkin analizini aparıblar və onların fikrincə, bu siqnallar Süd yolu qalaktikası kimi uzaq qalaktikalardan göndərilməyib. Çünki bu siqnal üçün uzunmüddətli səyahət mümkün deyil. O, kosmik toz tərəfindən məhv edilə bilərdi.

Hazırda alimlər kosmosdan alınan mesajı açmağa çalışırlar.

Xəbər lenti
0