Trampı öldürmək istəyən şəxs tutuldu

© REUTERS / Joshua RobertsDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın hüquq-mühafizə orqanları bu məlumatı təsdiqləyib

BAKI, 4 dekabr — Sputnik. ABŞ-ın Şimali Dakota ştatında yaşayan kişi prezident Donald Trampa sui-qəsd planlaşdırdığını etiraf edib. Sputnik Azərbaycan bu barədə "Hill" nəşrinə istinadən xəbər verir.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Trampdan qələbə təntənəsi: Çin ABŞ qarşısında geri çəkildi

Məlumata əsasən, o, yük qaldıran avtomobillə Birləşmiş Ştatlar prezidentinin limuzini çevirərək, onu öldürmək istəyib.

Kişi sui-qəsdi 2017-ci ilin sentyabrında, Trampın vergi islahatını müzakirə etmək üçün Mandandakı Neft Emalı Zavoduna getdiyi zamanı həyata keçirməyi planlaşdırırmış.

ABŞ-ın hüquq-mühafizə orqanları bu məlumatı təsdiqləyib.

Şübhəli şəxsin hüquqlarını müdafiə edən təmsilçi qeyd edib ki, şəxs ciddi ruhi xəstəlikdən əziyyət çəkir.

Xəbər lenti
0