09:23 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
İndoneziya Şimali Sumatra əyalətində şiddətli yağışların nəticəsində 7 nəfər həyatını itirib

İndoneziya əhalisinin başı bəladan açılmır

© AFP 2018 / ADEK BERRY
DÜNYA
Qısa URL
18 0 0

Təbii fəlakət zamanı 16 tələbənin yaşadığı ev torpaq altında qalıb

BAKI, 3 dekabr — Sputnik. İndoneziyanın Şimali Sumatra əyalətində şiddətli yağışların səbəb olduğu sürüşmə nəticəsində 7 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sürüşmədə 16 tələbənin yaşadığı ev torpaq altında qalıb. Onlardan 7-si ölüb, 9-u isə yaralanıb.

Qeyd edək ki, Musson yağışlarının təsiri altında olan və tropik iqlimin yaşandığı İndoneziyada həddindən artıq yağışlar səbəbindən tez-tez sel və torpaq sürüşməsi meydana gəlir.

Xatırladaq ki, İndoneziyada tez-tez dağıdıcı zəlzələlər baş verir. Son aylarda da bu cür təbii fəlakət yaşanıb.

Əlaqədar

Müsəlman ölkəsinin başı dərddən qurtulmur
Müsəlman ölkəsində 189 nəfərin faciəli şəkildə həlak olduğu an – VİDEO
Müsəlman ölkəsində ölüm hökmü ləğv olunur
Teqlər:
Torpaq sürüşməsi, insan, zəlzələ, İndoneziya

Əsas mövzular