İŞİD-in daha bir qalası uçuruldu

© Photo : STRƏl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi
Əl-Bab şəhərinin İŞİD-dən azad edilmiş hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əsəd ordusundan böyük qələbə - 270 terrorçu məhv edilib

BAKI, 3 dekabr — Sputnik. Suriya ordusu ölkənin cənubundakı Əs-Suveyda bölgəsində İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 270-dən çox terrorçusunu məhv edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Suriyada hərbi birləşmələrinin komandalığının rəhbəri Oleq Makareviç deyib.

İŞİD - Sputnik Azərbaycan
İŞİD yeni "Xilafət" yaradır, amma bu dəfə məkan Yaxın Şərq deyil

O bildirib ki, terrorçuların məhv edilməsi üzrə əməliyyat çətin hava şəraitində həyata keçirilib. Belə ki, əməliyyatın keçirildiyi ərazidə iri kanyonlar və geniş mağaralar olub.

Makareviçin sözlərinə görə, əməliyyat həm də ona görə çətin olub ki, tank və ağır texnikanın bu ərazidə hərəkəti və manevr etmək qabiliyyəti məhdud olub. Terrorçuların isə xeyli sayda qumbaraatan, tank əleyhinə raket və 82 mm-lik minaatanları olub.

Əməliyyat nəticəsində hərbçilər xeyli sayda silah-sursat, həmçinin ABŞ istehsalı olan 12 ədəd idarə olunan tank əleyhinə "TOW" raketləri ələ keçiriblər.

Xəbər lenti
0