Vəliəhd şahzadə Məhəmməd çevrilişdən qorxmağa başlayıb

© Sputnik / Sergey Guneev / Mediabanka keçidMəhəmməd bin Salman
Məhəmməd bin Salman - Sputnik Azərbaycan
Abunə olmaq
Çevriliş ehtimalının qarşısını almaq üçün hərbi birliklərin bir qismi Ər-Riyada yerləşdirilib

 

BAKI, 1 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı çevriliş qorxusu bürüyüb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, vəliəhd şahzadə kral ailəsinin bəzi üzvlərinin ona qarşı çevriliş edə biləcəyindən qorxur. Ona görə ölkə daxilindəki hərbi qüvvələrin yenidən dislokasiyasına qərar verib. Ölkə daxilindəki hərbi birliklər arasında yerdəyişmələr ötən həftə başlayıb.

Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətindən sonra kral ailəsi və qəbilələr arasında narazılığın artması və alternativ axtarışının güclənməsi ilə bağlı xəbərlər yayılmışdı.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb

Şahzadə xaricə səfər etməzdən əvvəl bir sıra tədbirlər görüb. Xaricdə olarkən çevriliş ehtimalının qarşısını almaq üçün hərbi birliklərin bir qismini Ər-Riyada yerləşdirib.

Şahzadə fevral ayında Səudiyyə ordusunun yuxarı səviyyələrində dəyişikliyə getmişdi.

Xatırladaq ki, 2 oktyabrda Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ölkə siyasətini kəskin tənqid edən jurnalistlərdən biri olub.

Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar bir neçə şəxsin edamını tələb edib.

"Səfirliyə daxil olduqdan sonra Camal Qaşıqçıya öldürücü dozada dərman verilib. Boğularaq öldürülən jurnalistin cəsədi parçalara ayrılıb, torbalara doldurulub. Camal Qaşıqçının cəsədi elə bu şəkildə də səfirlikdən çıxarılıb. Artıq bu işdə birbaşa əli olan şəxslərin kimliyi haqda məlumatlıyıq. Hətta Qaşıqçının cəsədini təslim alan, hətta kameraları bağlayan şəxslərin də görüntülərini əldə etmişik" - deyə Səudiyyə Ərəbistanın Baş Prokurorluğundan bildirilib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Camal Qaşıqçı olayına dair yeni iddia irəli sürüldü

Prokurorluqdan şübhəlilərdən 5-inin edamı tələb olunub.

Ötən gün Ağ Ev rəhbəri Qaşıqçı olayı ilə bağlı əllərində sübutun olmadığını bildirmişdi:

"Əlimizdə heç bir nəticə yoxdur, heç kəs bunu sübut etməyib. Camal Qaşıqçının Səudiyyə şahzadəsi tərəfindən öldürüldüyünü kiminsə sübut edib, etməyəcəyini də bilmirəm. Deyirlər ki, bu sui-qəsd şahzadənin əmri ilə reallaşıb. Lakin iddialarla həqiqət tamamilə fərqli anlayışdır".

 

Xəbər lenti
0