Türkiyə zəlzələ ilə silkələndi

Abunə olmaq
Zəlzələ Türkiyənin ən böyük şəhərlərində də hiss edilib

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Yalova ərazisində zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Yalovada 4.1 bal gücündə zəlzələ baş verib. Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ətraf şəhərlərdə də hiss olunub.

Zəlzələnin İstanbul, Bursa, Kacaeli və Sakarya kimi böyük şəhərlərdə də hiss olunduğu bildirilir. Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkan torpaq qatının 14.15 km dərinlikdə baş verib. Daha sonra zəlzələ ocağında 1.5 və 2.9 balla kiçik yeraltı təkanlar da qeydə alınıb.

Qeyd edək ki, zəlzələ nəticəsində heç bir tələfat və itki qeydə alınmayıb.

Xəbər lenti
0