Körpə, uşaq, qadın demirlər — ABŞ gözyaşardıcı qazdan istifadə edir

© REUTERS / Adrees Latif ABŞ-Meksika sərhəddində miqrantlar
ABŞ-Meksika sərhəddində miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ sərhəddə gözyaşardıcı qazdan istifadənin beynəlxalq konvensiyalara zidd addım olmadığını bəyan edir

BAKI, 29 noyabr — Sputnik. Mərkəzi Amerika ölkələrindən ABŞ-a istiqamətlənən qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Ağ Ev bu dəfə də gözyaşardıcı qazdan istifadə edib.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, rəsmi Vaşinqton insan səhhəti üçün zərərli olan gözyaşardıcı qazın istifadəsinin beynəlxalq konvensiyalara zidd olmadığını bəyan edib. ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin məlumatına görə, onlar sabitliyi qorumaq üçün San Dieqo sərhədində belə addım atmağa məcbur olublar.

Huawei P20 smartfonu - Sputnik Azərbaycan
ABŞ müttəfiqlərini tanınmış şirkətə qarşı boykota çağırıb

"Körpələr, uşaqlar və qadınlar bizim hədəfimiz deyil. Qadınlar da özləri ilə birgə övladlarını da bu cür qorxunc mühitə atırsa, bu zaman arzuolunmaz hadisələrlə qarşılaşacaqlar" – deyə Sərhəd Patrul Xidmətinin rəhbəri Rodniy Skut bəyan edib.

Kimyəvi silah üzrə mütəxəssis Sven Jordt isə bu cür gözyaşardıcı qazların körpələrin səhhətinə böyük zərər törətdiyini deyib. O həmçinin, bu gözyaşardıcı qazın 15-20 dəqiqə təsirə malik olduğunu bildirib.

Qeyd edək ki, 1993-cü ildə bağlanan Kimyəvi Silah haqqında Konvensiyaya görə, bütün ölkələr qeyri-müharibə şəraitində gözyaşardıcı qazdan imtina etdiklərini bəyan etmişdilər. Konvensiyaya üzv ölkələr yalnız daxili sabitliyi təhdid edəcək hadisə baş verdikdə bu cür gözyaşardıcı qazdan istifadə edəcəklərini bildirmişdilər.

Xəbər lenti
0